Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani - Həkimlərimizi tanıyaq!
15.04.2023 12:36

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə oxuculara Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahanini təqdim edirik.

 

O, 12 aprel 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsində təhsil alıb. 

 

Sərxan Cəlahani 2006-2008-ci illərdə Bərdə RMX-da TTYS-da həkim terapevt, 2008-2012-ci illərdə həkim anestezioloq, 2012-2016-ci illərdə Doğum evində həkim-reanimatoloq, 2016-2022-ci illərdə isə Bərdə RMX-nın Doğum evində Reanimasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci ildən Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktorudur.

 

Təcrübəli həkim tibb sahəsində çalışdığı 17 illik əmək fəaliyyəti dövründə bütün kollektivlərdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı və səmimiliyi ilə seçilib.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır