"Yeni Klinika"da ilk dəfə olaraq koronar angioqrafiya proseduru icra olunub
12.04.2023 09:09

"Yeni klinika”da icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə olaraq koronar angioqrafiya (anjio) proseduru icra olunub.

 

Bu barədə Aztibb.az-a Klinikadan məlumat verili.

 

Bildirilib ki, 10 ildir şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkən 61 yaşlı qadın xəstə sürətli yeriyən zaman sinədə yanma, göynəmə şikayəti ilə "Yeni Klinika"ya müraciət edib.

 

Müayinə edildikdən sonra kardioloq Şahanə Ələsgərli tərəfindən koronar angioqrafiya proseduru uğurla icra olunaraq xəstəyə aorta-koronar şuntlama əməliyyatının icrasına qərar verilib.

 

Qeyd edək ki, koronar angioqrafiya ürəyi qidalandıran koronar arteriyalardakı darlıqları aşkar etmək üçün qızıl standart hesab edilən invaziv müayinədir.

 

Müayinə angioqrafiya cihazının altında arteriyalardan biri (90% halda biləkdəki radial arteriyadan istifadə edilir) punksiya edilərək xüsusi kateterlər vasitəsilə icra edilir.

 

Damarlarda darlıqlar aşkar edilərsə göstəriş olan halda eyni damardan müdaxilə edilərək ürəyi qidalandıran damardakı darlıqlar stent yerləşdirilməklə aradan qaldırılır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır