Regionlarda fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıyaq!
13.04.2023 09:42

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıtmaqda davam edir.

 

Rubrikada bu dəfə Samux Rayon Mərkəzi Xəstəxanasının həkimi Sumbul Əsədova haqqında məlumatları diqqətə çatdırırıq.

 

Sumbul Əsədova 9 iyun 1956-cı ildə Qazaxıstan Respublikasının Canbul vilayətində anadan olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinin məzunudur. 1981-ci ildə Gəncə şəhəri 2 saylı uşaq xəstəxanasında internatura keçib.
 
1982-ci ildə Samux (keçmiş Xanlar) rayonuna təyinatla sahə həkimi kimi işə qəbul olub. Hazırda Samux Rayon Mərkəzi Xəstəxanasında ASM-də ailə həkimi vəzifəsində çalışır. Həmçinin Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin Samux Təhsil sektorunda Pedaqoji-Tibbi-Psixioloji Komissiyasının üzvüdür.
 
 
O, Həkimləri Təkmilləşdirmə İnstitutunda modullar üzrə kurslarda iştirak edib. Eləcə də müxtəlif seminar və konfransların iştirakçısı olub, 8 sertifikat alıb.
 
Samux rayon İcra Hakimiyyəti Başçısı və Samux MRX-nın baş həkimi tərəfindən Fəxri fərmanlarla təltif edilib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır