Respublika Klinik Xəstəxanasının Pediatriya şöbəsinə tibbi cihazlar ianə edilib  
11.04.2023 16:20

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Səhiyyə sektorunun dəstəklənməsi” layihəsi çərçivəsində TƏBİB-in tabeliyindəki Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Pediatriya şöbəsinə tibbi cihazlar ianə edilib.

 

Aztibb.az-a Agentlikdən verilən məlumata görə, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) maliyyə dəstəyi ilə ianə edilən cihazlar (inhalyator, elektron qulaq termometri, qlükometr və s.) uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.

 

Təqdimat mərasimində çıxış edən Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Koreya hökuməti tərəfindən ianə edilən avadanlıqların ambulator və stasionar şəraitdə uşaqlara vaxtında, keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə kömək edəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, Koreya hökumətinin ölkəmizdə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət təqdirəlayiqdir. 

 

Sonra KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun çıxış edərək Azərbaycandakı səhiyyə qurumları ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib. Vurğulayıb ki, layihə çərçivəsində Agentliklə KOICA arasında imzalanmış Anlaşma Memorandumunun məqsədi Azərbaycanda tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etməkdir.

 

TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva isə çıxışında tibb müəssisələrinin texniki bazasının gücləndirilməsi yönündə göstərilən dəstəyə görə Koreya hökumətinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

 

Daha sonra Respublika Klinik Xəstəxanasının tibb işçilərinin infeksion xəstəliklərlə bağlı biliklərinin artırılması, bu sahədə Koreya təcrübəsinin öyrənilməsi məqsədilə təlim keçirilib. Təlimdə “Azərbaycanda yoluxucu xəstəliklərin qarşısının alınması” və “Ölkədə infeksion nəzarət və infeksiyaların profilaktikası ilə bağlı həyata keçirilən fəaliyyətlər” mövzularında təqdimatlar edilib, fikir mübadiləsi aparılıb.

 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır