Kliniki Tibbi Mərkəzdə koronar angioqrafiya xidməti yenidən fəaliyyətə başlayıb
11.04.2023 14:00
Kliniki Tibbi Mərkəzdə koronar angioqrafiya (anju) xidməti yenidən fəaliyyətə başlayıb. Bu xidmət vasitəsilə ürək-damar xəstəliklərinin ağırlaşmasının, infarktın yaranmasının qarşısını almaq mümkündür.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Qeyd edilib ki, kardiologiyada “qızıl standart” hesab olunan bu müayinə üsulu koronar damarların müayinəsi, onlarda daralma, tıxanma və ya hansısa başqa anomaliyaların olduğunu aşkar etmək üçün aparılan metoddur. Bu üsulda əsasən damarlara kontrast maddə yeritməklə rentgen çəkilir. Kontrast maddənin damarlarda yayılması zamanı aşkar edilən maneələr isə aradan qaldırılır.
 
Koronar angioqrafiya stenokardiyalı, ürəyin işemik xəstəliyi olan xəstələrdə miokard infarktının ilk saatlarında və bəzi əməliyyatlar zamanı əməliyyatdan öncə hazırlıq məqsədilə aparılır. Eyni zamanda, qapaq əməliyyatlarında, ritm pozğunluqları və hansısa ürək çatışmazlığı olan xəstələrdə səbəbi aşkar etmək üçün koronar angioqrafiyadan istifadə olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır