"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Lalə Sabirli
12.04.2023 10:00
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Acil 1 şöbəsinin müdiri Lalə Sabirlini oxuculara təqdim edirik.
 
Lalə Savur qızı Sabirli 20 oktyabr 1987-ci ildə Füzuli rayon Aşağı Seyidəhmədli kəndində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi Biologiya fakültəsində təhsil alıb.
 
O, 2012-ci ildən Füzuli Müalicə Diaqnostika Mərkəzində laborant həkim kimi əmək fəaliyyətinə başlayıb. 2019-2022-ci illərdə MDM-nin Laboratoriyasında şöbə müdiri vəzifəsində işləyib. 2022-ci ildə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Acil 1 şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Lalə Sabirli hazırda Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır.
 
Qeyd edək ki, həkim 2020-ci ildə 44 günlük Vətən müharibəsində yaralılara tibbi xidmətin göstərilməsində yaxından iştirak edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır