Tibbi seminarda “Hemostaz ve onun pozğunluqları” mövzusu müzakirə olunub
11.04.2023 08:49

“Yeni klinika”da beşinci tibbi seminar təşkil olunub.

 

Aztibb.az-a Klinikadan bildirilib ki, seminarda “Hemostaz ve onun pozğunluqları” barədə araşdırma aparan həkim-hematoloq Sevil Cəlilova geniş təqdimatla çıxış edib.

 

Hemostazın üç mərhələsinin olduğunu qeyd edən (primer hemostaz, sekonder hemostaz, fibrinoliz) həkim onun vacib elementlərinin damar divarı, trombositlər və laxtalanma faktorlarının olduğunu bildirib.

 

Hemostazın hər hansı bir mərhələsində pozğunluq müşahidə edildiyi təqdirdə qanaxmaya meyilliliyin yarandığını deyən Sevil Cəlilova ən çox rast gəlinən qanaxmalar haqqında da məlumat verib.

 

Məruzəçinin sözlərinə görə, dəri qanaxmaları (petexiya və eksimoz), asan göyərmə, burun qanaxmaları, diş əti qanaxmaları, menorragiya, hematoma və ya hemartroz, mədə-bağırsaq qanaxması, hematuriya, hemoptiz və beyindaxili qanaxmalar tez-tez rast gəlinən şikayətlərdəndir.

 

Müayinə və müalicə prsoseslərinin müzakirə olunduğu seminar sual-cavab sessiyası ilə yekunlaşıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır