Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibbi personalı üçün təlim təşkil olunub
10.04.2023 17:55

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibbi personal üçün “Tənəffüs və ürək dayanmalarında ilkin müdaxilələr, kritik vəziyyətlərdə mavi kod xidmətinin təşkili” adlı təlim keçirilib.

 

Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, təlimdə Təcili və təxirəsalinmaz tibbi yardım şöbəsi, Reanimasiya, intensiv terapiya, anesteziologiya şöbəsi və digər stasionar şöbələrin tibb işçiləri iştirak ediblər.

 

Təlimi Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Nüşabə Şahmərdanova açaraq tənəffüs və ürək dayanmalarında ilkin müdaxilə, mavi kod xidməti, onun aktivləşdirilməsi yolları, mavi kod zamanı istifadə olunan avadanlıqlar və s. barədə danışıb.

 

Daha sonra həkim anestezioloq-reanimatoloq İskəndər İskəndərov iştirakçıların nəzəri və praktiki biliklərinin daha da təkmilləşdirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən xüsusi rəqəmsal mulyajlardan və tibbi avadanlıqlardan istifadə edərək əyani şəkildə geniş izahat verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır