Şənbə günləri ictimai nəqliyyatın hərəkəti bərpa olunur
09.10.2020 12:09

Təhsil Nazirliyi həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra  dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunur.


Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq.

 

İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər  oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər.

 

Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub