Oğuz Rayon Mərkəzi Xəstəxanasında Tibbi şuranın iclası keçirilib
10.04.2023 16:13

Oğuz Rayon Mərkəzi Xəstəxanasında Tibbi şuranın növbəti iclası keçirilib.

 

Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, iclasda şuranın tərkibi təyin edilib.

 

Tibbi şuranın iclasında hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü, erkən neonatal dövrdə körpələrin ölümü, ağırlaşmış doğuş hallarının və uşaqlar arasında baş vermiş ölüm hallarının təhlili, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub, eyni zamanda 2022-ci ilin yekunu və 2023-cü ilin hesabatları dinlənilib.

 

Tədbirdə Oğuz RMX-nin direktoru Anar Əzizov, inzibati işlər üzrə müavin İradə Məmmədova, müalicə işləri üzrə müavin - baş həkim Şəlalə Tahirova, ilkin səhiyyə xidmətinin rəhbəri Nəzakət Qədirova, eləcə də Oğuz RMX-nın tabeliyində olan kənd tibb məntəqələrinin mamaları və tibb işçiləri iştirak ediblər.

 

Şurada mama-ginekoloji xidmətlərə dair də müzakirələr aparılıb. Kənd tibb məntəqələrinin işçiləri müzakirə olunan məsələlər barədə fikirlərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır