Ailənizdə ürək xəstəliyi genetikdirsə...
09.04.2023 11:30

Dünyada ölüm riskinin əsas səbəblərindən biri olan ürək xəstəlikləri çox vaxt genetik olaraq irsi keçə bilir. Bu səbəbdən genetik tarixçənizi araşdırın və bilin!

 

Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Onun sözlərinə görə, yalnız bir birinci dərəcəli qohumu ürək xəstəliyi olan insanlarda infarkt və qəfil ölüm riski dəfələrlə artır. Hər iki valideyndə ürək-damar xəstəliklərindən biri varsa, uşaqlarında eyni xəstəliyin yaranma riski 2-3 dəfə artır.

 

Cabir Gülmalıyev bildirib ki, bu səbəbdən bu cür şəxslərə erkən yaşlarda müntəzəm müayinələrə başlamaq tövsiyə olunur. Lakin bu o demək deyil ki, ailəsində ürək xəstəsi olan hər kəs potensial ürək xəstəsidir:

 

"Ailədə ürək xəstəliyi olan insanlar yemək vərdişləri, fiziki fəaliyyətlər, iş tempi və həyat tərzi ilə bağlı daha diqqətli olmalıdırlar;
Kiçik yaşlardan şəkər qəbulu tənzimlənməlidir;
Tərkibində trans yağlar olan və fast-food qidalardan istifadə edilməməlidir;
Fiziki aktivlik və idman ilə məşğul olunmalıdır;
Alkoqoldan imtina edilməli və ya azaldılmalıdır;
Stressin idarə edilməsi lazımdır".

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır