İcbari Tibbi Sığorta Agentliyinin filial rəhbərləri üçün təlimlər təşkil edilib
08.04.2023 08:57

İcbari Tibbi Sığorta Agentliyinin filial rəhbərlərinə "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi prosesinin monitorinqinin ümumi prinsipləri" mövzusunda təlim keçirilib.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, tibbi planlama departamentinin Monitorinq, Göndərişlər və Regional mərkəzlərlə iş şöbələrinin əməkdaşları tərəfindən təşkil edilən təlimdə iştirakçılar TƏBİB-in tabeliyində fəaliyyət göstərən və Agentliklə müqavilə bağlayan özəl tibb müəssisələrində monitorinqlərin aparılma qaydası ilə tanış olmaq imkanı qazanıblar.

 

Təlimdə Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli və departamentin əməkdaşları Bəyalı Məmmədov, Arif Əkbərov, Emin Hüseynov və Kamran İbrahimov filial rəhbərlərinə monitorinqlərin Agentliyin təməl prinsiplərinə əsasən aparılması, tibb müəssisələrində sığorta işinin təşkili, tibbi xidmətlərə göndərişlərin verilməsi qaydaları və digər mövzular haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır