TƏBİB müəssisələrində ictimaiyyətlə əlaqələr işinin keyfiyyəti yüksəldilir
07.04.2023 18:23

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ictimaiyyətlə əlaqələr işinin təşkili ilə bağlı qurumun tabeliyindəki tibb müəssisələrinin rəhbərləri və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri ilə görüşüb.


Aztibb.az-a TƏBİB-dən bildirilib ki, görüşün əsas məqsədi ictimaiyyətlə əlaqələr işinin keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və gələcək fəaliyyət planlarının müzakirə edilməsindən ibarət olub.

İlk olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilovanın bu istiqamətdə həyata keçirilmiş fəaliyyət, müşahidə edilən çatışmazlıqlar və qarşıda duran vəzifələrlə bağlı geniş məruzəsi dinlənilib.

 

Daha sonra İcraçı direktor Vüqar Qurbanov TƏBİB-in və tabeliyindəki tibb müəssisələrinin fəaliyyəti ilə əlaqədar məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təmin etməyin, media subyektləri ilə səmərəli əlaqələr yaratmaq və bunu intensiv olaraq inkişaf etdirməyin önəmini qeyd edib.

 

TƏBİB tabeliyində fəaliyyət göstərən 90 tibb müəssisəsində mövcud olan ictimaiyyətlə əlaqələr ilə bağlı 108 ştat üzrə 85 işçinin çalışdığını bildirən V.Qurbanov bununla Kommunikasiya Strategiyasında qarşıya qoyulan hədəfə 79 faiz nail olunduğunu bildirib.

 

TƏBİB-in ümumi fəaliyyətində ictimaiyyətlə əlaqələr işinin keyfiyyət meyarlarının mövcud tələblərə uyğun şəkildə genişlənməsinin vacibliyini bildirən İcraçı direktor bu sahə üzrə koordinasiyalı işin qurulması, tabeli tibb müəssisələrində keyfiyyətli iş əmsalının yüksəldilməsi istiqamətində ciddi dönüş yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.

 

O, TƏBİB-in fəaliyyətini geniş müstəvidə şəffaf və obyektiv prinsiplər əsasında ictimaiyyətə çatdıran kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tibb sahəsində həyata keçirilmiş yeniliklərin mütəmadi olaraq bölüşülməsi, vətəndaş məmnunluğunun artırılması, eyni zamanda ümumi işin gedişinə maneə olan səbəblərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

 

Sonda tabeli tibb müəssisələrinin direktorları və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərlə fəaliyyət istiqamətlərinin yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır