Azərbaycanda I Uşaq Endoskopik Cərrahiyyə master-klassı və seminarı keçirilir
07.04.2023 16:18

Bakı Sağlamlıq Mərkəzində Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) Azərbaycanda I Uşaq Endoskopik Cərrahiyyə master-klassı və seminarı keçirilir. 

 

Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, müəssisənin icraçı direktoru Asiman Həsənov tədbirin əhəmiyyətini qeyd edib.

 

EUPSA-nın prezidenti Amulya Saxenaya proqramın məqsədinin xüsusən gənc nəslin uşaq cərrahlarının inkişafına davamlı dəstək vermək olduğunu bildirib.

 

Bakı Sağlamlıq Mərkəzinin Uşaq cərrahiyyəsi şöbəsinin rəhbəri, t.ü.f.d. Toğrul Ömərov, t.ü.f.d., dosent Allahverdi Musayev, uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynov və uzman həkim Cavid Nağıyevin rəhbərliyi ilə baş tutmuş master-klassda ölkəmizin tanınmış uşaq cərrahları ilə yanaşı, xarici həkimlər də iştirak ediblər.

 

Tədbirin ilk günündə endoskopik cərrahiyyə ilə idarə olunan ümumi, eləcə də müasir yanaşmalar haqqında mühazirələr dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçıların bacarıqlarını təkmilləşdirmək üçün Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında praktiki təlimlər keçirilib.

 

Növbəti seminar praktiki işlərə həsr olunacaq və iştirakçıların bacarıqlarını artırmaq üçün modellər üzrə təlimlər baş tutacaq.

 

Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzi müasir tibb sahəsində ölkəmizdə ilk dəfə keçirilən bu layihəyə ev sahibliyi edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır