Tədqiqat: Amazon meşələri hər il 15 milyondan çox xəstəliyin qarşısını alır
08.04.2023 19:57

Yeni bir araşdırmaya görə, Braziliyanın Amazon tropik meşələrindəki təbii ehtiyatlarda çirklənmiş havanı udmaqla hər il 15 milyondan çox xəstəlik halının qarşısı alınır.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Nəticələri “Nature” jurnalında dərc edilən onillik araşdırmada diqqət Amazon tropik meşələrinin meşə yanğınlarının törətdiyi çirkləndiricilərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasına yönəldilib.

 

Tədqiqatlar göstərib ki, Amazon meşələri çirkli havanı udmaqla hər il 15 milyondan çox xəstəliyin qarşısını ala bilir.

 

Amazon meşələri sayəsində tənəffüs və ürək-damar xəstəliklərinin müalicəsi ilə bağlı sağlamlıq xərclərinə ildə təxminən 2 milyard dollar qənaət edildiyi proqnozlaşdırılır.

 

Araşdırmaya görə, Amazon yerliləri torpaqlarını başqaları tərəfindən törədilən yanğınlardan qoruyaraq minlərlə potensial ölümcül xəstəliyin qarşısını almağa kömək edir.

 

Nəticələr göstərir ki, Amazon tropik meşələri hər il 26.000 metrik ton hissəcikləri udmaq qabiliyyətinə malikdir və qorunan ərazilər bu udulmanın 27 faizini təşkil edir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır