Şuşa Rayon Mərkəzi Xəstəxanasında "Heydər Əliyev İli" ilə əlaqədar tədbir keçirilib
07.04.2023 10:02
Şuşa Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, tədbirdə müəssisənin direktoru Kəmalə Səfərova "Heydər Əliyev və səhiyyə" mövzusunda məruzə ilə çıxış edib. Direktor Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişafı və tərəqqisi üçün gördüyü işlərdən ətraflı danışaraq bildirib ki, Ulu Öndər hər gün xatırlanır, hər gün anılır. 
 
Kəmalə Səfərova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genefondunun qorunmasına, gələcəyinin təmin edilməsinə verdiyi töhfələr çoxşaxəli olmuşdur.
 
Diqqətə çatdırılıb ki, Ulu Öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır