Səhiyyə hesabları sisteminin Azərbaycanda tətbiqi ilə bağlı işlərə başlanılıb - Nigar Bayramova  
07.04.2023 09:38
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova Türkiyədə keçirilən “Səhiyyə hesabları sistemi 2011 metodologiyasından istifadə olunmaqla səhiyyə xərclərinin izlənilməsi üzrə 5-ci subregional Avropa görüşü”nə qatılıb.
 
Agentlikdən Aztibb.az-a bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Sisteminin Maliyyələşdirilməsi üzrə Barselona Ofisi tərəfindən ÜST-nin Baş Qərargahının dəstəyi ilə həyata keçirilən tədbirdə çıxış edən N.Bayramova səhiyyə hesabları sisteminin Azərbaycanda tətbiqi ilə bağlı artıq müəyyən işlərə başlanıldığı deyib.
 
 Səhiyyə hesabları sisteminin əhəmiyyətindən danışan İdarə Heyəti sədrinin müavini bildirib ki, bu sistem ölkəmizdə səhiyyənin maliyyələşməsi sisteminin inkişaf etdirilməsi, məlumatların toplanması, şəffaflığın artırılması və gələcəkdə səhiyyənin maliyyələşmə mexanizmlərinin genişləndirilməsinə dəstək ola bilər: "Bununla bağlı Azərbaycanın müvafiq dövlət strukturları ilə konfransda iştirak edirik, birlikdə yaratdığımız işçi qrupu səviyyəsində milli səhiyyə hesablarının Azərbaycanda tətbiqinə dəstək olmağa hazırıq. Dəstəyə görə ÜST-yə təşəkkürümü bildirirəm və əməkdaşlığımızın genişlənəcəyinə ümid edirəm".
 
16 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsindən 80-ə yaxın iştirakçının qatıldığı görüşdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və Dövlət Statistika Komitəsinin nümayəndələri də iştirak ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır