Naxçıvanda 67 şagird flüoroqrafik müayinələrdən keçib
06.04.2023 17:08
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktik xarakteri daşıyan dövri tibbi yoxlamalar, flüoroqrafik müayinələr aparılır.
 
Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən verilən xəbərə görə, hər il olduğu kimi, 2023-cü ilin yaz mövsümü üçün də profilaktik tibbi müayinələrin aparılmasına start verilib.
 
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsin həkim komissiyası qrafikə əsasən aprelin 6-da Babək rayon 1 və 2 nömrəli tam orta məktəblərdə olub, IX-XI sinif şagirdlərini flüoroqrafik müayinələrdən keçiriblər.
 
Ümumilikdə 67 şagirdin iştirak etdiyi flüoroqrafik müayinələr zamanı xəstəliyə şübhəli olan 1 şagird Ağciyər Xəstəlikləri Dispanserinə daha dərindən müayinə olunması üçün dəvət olunub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər