Nevroloji xəstəliklərin “süni intellekt”lə müalicəsi
06.04.2023 14:53

Samsun Ondokuz May Universiteti (OMÜ) Tibb fakültəsi Nevrologiya Bölümünün rəhbəri, prof. Murat Terzi süni intellekt sayəsində xəstələrin xüsusi otaqlarda qeydə alınan səsləri, yeriyiş və MRT görüntülərindən nevroloji və fiziki sağlamlıq problemlərini aşkar edə bildiyini deyib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, türkiyəli professor bir çox sahələrdə istifadə edilən süni intellektin səhiyyə sahəsində də tətbiq edildiyini bildirib. O, xəstələrin xüsusi otaqlarda səslərinin qeydə alındığını, MRT görüntülərinin süni intellektlə köçürüldüyünü və sağlamlıq problemlərinin təsbit edildiyini qeyd edib.

 

Bir ildir ki, süni intellekt texnologiyası üzərində çalışdıqlarını deyən M.Terzi xəstələrin audio və video görüntülərini aparata köçürdüklərini və beləliklə, xəstənin görüntüsü və səsindən beyinin hansı hissəsinin təsirləndiyini öyrəndiklərini bildirib: "Sağlamlıqda süni intellektin istifadəsi baxımından bu araşdırmanın əhəmiyyətli olduğunu düşünürük. Əldə etdiyimiz məlumatlar sayəsində həm diaqnoz, həm də gedişat barədə mühəndislərlə işləyirik. Təbii ki, süni intellekt xəstənin məlumatlarına əsaslanaraq hansı müalicə metodundan istifadə edəcəyimizdə bizə böyük dəstək verir. Çünki, bir dərman hər xəstədə eyni nəticə göstərmir".

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır