Tələbələr zərərli vərdişlərin mənfi təsirləri barədə maarifləndirilib
06.04.2023 09:34

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Zərərli vərdişləri yox, sağlamlığı seç” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, tədbirin məqsədi gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək, tütünçəkmə, o cümlədən digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərindən söz açmaq olub.

 

Mərkəzin İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova təqdimatla çıxış edərək tələbələrə sağlam həyat tərzinin üstünlüyü, tütünçəkmə, spirtli içki və narkotik maddələrdən istifadənin fəsadları barədə ətraflı məlumat verib.

 

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Könül İsmayılova isə narkotik maddələrdən asılılığın ağır nəticələrini iştirakçıların nəzərinə çatdırıb.


Tədbirdə zərərli vərdişlərin həm sağlamlıq, həm də ətraf mühit üçün mənfi təsir göstərdiyi və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi bir daha vurğulanıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib