"Yeni Klinika"nın əməkdaşları üçün təlimlər keçirilib
06.04.2023 09:28

"Yeni klinika”nın əməkdaşlarına 2022-ci ilin sentyabr ayından etibarən ünsiyyət bacarıqları, xidmət mədəniyyəti, etik davranış qaydalarına dair təlimlər keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, təlimin əsas məqsədi əməkdaşları vətəndaş məmnuniyyətinin təmin edilməsi, etikanın mahiyyəti və əsas anlayışları, etik davranış və təşkilati mədəniyyət arasındakı qarşılıqlı əlaqə barəsində maarifləndirməkdən ibarətdir.

 

Tanınmış təlimçi Anar Həsənov işgüzar münasibətlərdə etik vasitə kimi ünsiyyətin rolu və formaları, səmərəli ünsiyyətin texnikaları və tərkib hissələri, verbal ünsiyyət və fərqli vəziyyətlərdə ünsiyyət texnikaları, qeyri-verbal ünsiyyət, dinləmə və izahetmə bacarıqları, danışıq mədəniyyəti, münaqişəli vəziyyətlərin və stresin idarə edilməsi kimi əhəmiyyətli mövzular haqqında təlimlər keçib.


Həftədə iki dəfə baş tutan təlimlərdə həmçinin xidmət mədəniyyətinin əsas təzahür formalarından biri olan şəxsiyyət tipləri və düzgün davranış texnikaları haqqında geniş məlumat verilib.


Qeyd edək ki, şəxsiyyət tipləri ilə bağlı vətəndaş-əməkdaş ünsiyyətinin canlandırılması üçün fərdi və komanda tapşırıqları da yerinə yetirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib