Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında səhiyyə sahəsində səmərəli əməkdaşlıq mövcuddur
05.04.2023 17:01

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüş keçirilib.


Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, "2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir. Sayca beşinci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəlib.

 

Teymur Musayev Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanda universal tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və kəskin xəstəliklərə qarşı dayanıqlığının artırılması əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bundan əlavə, Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”.


Öz növbəsində BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyros gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb. Nuno Keyroz, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəsissələrinin yaradılmasında BMT-nin İnkişaf Proqramının köməyini əsirgəməyəcəyini vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır