Diafraqma yırtığı diaqnozu təyin olunmuş körpə uğurla əməliyyat olunub - Mərkəzi Gömrük Hospitalında    
05.04.2023 17:05
Mərkəzi Gömrük Hospitalında 3,5 kq çəki ilə yenidoğulmuş körpə üzərində Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov tərəfindən anadangəlmə diafraqma yırtığı əməliyyatı uğurla icra edilib.
 
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
 
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin müdiri, uzman pediatr Telman Aytayev körpəni müyinə edərək, diafraqma yırtığı diaqnozu təyib edib. Belə ki, yenidoğulmuşda qaraciyərin solu, mədə, bağırsaqlar və dalaq döş qəfəsində, ürək ətrafında yerləşdiyi müəyyən edilib.
 
Reanimasiya şöbəsində körpənin vəziyyəti stabilləşdirildikdən sonra o, əməliyyat olunub.
 
Diafraqma yırtığı yenidoğulmuş uşaqlarda hər 1000-5000 uşaqdan birində rast gəlinən anadangəlmə inkişaf qüsurudur. Bu problem uşaq cərrahiyyəsində ən ağır cərrahi problemlərdən biridir. Çünki bu, hamiləlik vaxtı yaranan bir problem olur və adətən ürək ətrafnda qaraciyər, dalaq, bağırsaqlar inkişaf etdiyinə görə, ağciyərin ciddi şəkildə sıxılması səbəbindən ürək önündə təzyiq yaranır, burada hormonal hipertenziya yaranır və həm ürəyin, həm də ağciyərin fəaliyyəti pozulur.
 
Diafraqma hamiləliyin 4-cü həftəsində formalaşır, yırtıqlar adətən 12-ci həftədə görünməyə başlayır. Bu elə bir qüsurdur ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrinin klinikalarında belə doğulmuş hər 4 uşaqdan biri həyatını itirir. Yəni dünyada icra edilən bu əməliyyatlardan uğurla başa çatanları 70%-i ötmür. Əməliyyatsonrası bu uşaqlara peşəkar tibb işçilərindən ibarət komanda xidmət etməlidir. Çünki bu uşaqlar düzgün qidalandırılmalı, həkimlərin nəzarəti altında olmalıdırlar. Belə ki mədə və bağırsaqlar yerini dəyişdiyinə - qarın boşluğuna köçürüldüyünə görə qidalanma zamanı qarın şişməsi, qusma kimi şikayətlər ola bilər.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır