İngiltərədə gənə ensefaliti xəstəliyi aşkar edilib
05.04.2023 16:45

Böyük Britaniyada gənələrin daşıdığı virusun yaratdığı nadir ensefalit (beynin iltihabı) halı müşahidə edilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadən məlumatına görə, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) rəsmiləri xəbərdarlıq edib ki, "gənə ensefaliti (TBE)" riski hələlik aşağıdır, lakin virusu daşıyan gənə növü bütün Böyük Britaniyada geniş yayıldığı üçün ehtiyatlı olmaq lazımdır.

 

Səlahiyyətlilərin açıqlamasında 2022-ci ildə yalnız bir nəfərin xəstəliyə tutulduğu, virusa yoluxanların əksəriyyətində xəstəliyin heç bir əlamətinin olmadığı, lakin xəstəliyin beyində ödem əmələ gətirə biləcəyi bildirilib.

 

Xəstəliyin aşkarlanmasını sürətləndirmək üçün sınaq proseslərində dəyişikliklər edildiyini vurğulayan UKHSA rəsmiləri həşərat dişləməsi zamanı davranış qaydaları ilə bağlı tövsiyələr verib.

 

İngiltərə və Şotlandiyada bir xəstədə mümkün gənə ensefalitinə görə ehtiyat tədbirlərinin artırıldığı qeyd edilib.

 

Bundan əlavə, Yorkşirdə təsdiqlənmiş hadisədən sonra səlahiyyətlilərin heç bir simptom göstərməyən kontaktlarda virusu aşkar etmək üçün qan testləri də apardıqları açıqlanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır