Dərini günəşə qarşı həssas edən bəzi dərmanlar xərçəng riskini artırır
06.04.2023 10:30

Ürək, sızanaq və revmatizm kimi xəstəliklərin müalicəsində istifadə edilən bəzi dərmanlar dərini günəşə qarşı həssaslaşdıraraq dəri xərçəngi riskini artırır.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Ankara Bilkent Şəhər Xəstəxanası Dermatoloji Klinikasının dosenti Ayşe Akbaş 1-7 Aprel - Xərçəng Həftəsi ilə bağlı verdiyi açıqlamasında bütün xərçənglər arasında dəri xərçənginin görülmə nisbətinin kişilərdə 6-cı, qadınlarda isə 5-ci yerdə olduğunu bildirib.

 

Dəri xərçənginin yaranmasında genetik faktorların və iqlim şəraitinin təsirli olduğunu deyəm A.Akbaş genetik pozğunluqlara görə dəri xəstəlikləri olan insanlarda dəri xərçənginə tutulma riskinin daha yüksək olduğunu bildirib.O, sarışın və açıq rəngli insanlarda digər insanlarla müqayisədə dəri xərçənginə tutulma riskinin daha çox olduğunu qeyd edib.

 

A.Akbaş çox günəşli ərazilərdə yaşayan ağdərililərin və allergiyası olanların risk daşıdığı barədə xəbərdarlıq edib.

 

Dəri xərçənginin əsas səbəbinin günəşə məruz qalma olduğunu vurğulayan türkiyəli alim bildirib ki, günəş şüaları birbaşa dəri hüceyrələrinin DNT quruluşunu pozur və xərçəngin inkişafına kömək edir.

 

"Günəş şüaları yerə çatdıqca, daha çox ozon təbəqəsindən süzülərək gəlir. Bu şüalara ultrabənövşəyi C, A və B şüaları daxildir. Ozon təbəqəsi ultrabənövşəyi C, B və A şüalarını süzərək yerə çatır. Ən zərərli ultrabənövşəyi B şüalarıdır. Bu şüalardan qorunma təmin edilməzsə, ləkələr və bənövşələr kimi problemlər yarana bilər, xüsusən də xərçəngə tutulma riski arta bilər" - deyə o, qeyd edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır