Reproduktiv sağlamlığın qorunmasına dair maarifləndirici tədbir keçirilib  
05.04.2023 14:54
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində reprodutiv sağlamlığın qorunması, ailə planlaşdırılmasında sağlam vərdişlərin formalaşdırılması, selektiv abortun qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, tədbirdə Mərkəzin həkim-metodisti Zümrüd Kazımova təqdimatla çıxış edərək erkən nikahın fəsadlarından danışıb. O, erkən nikah hallarının yeniyetmələrin sağlamlığına ciddi mənfi təsir göstərdiyini, ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd edib. Məruzəçi reproduktiv sağlamlığın qorunmasının vacibliyini vurğulayaraq, abortun sağlamlıq üçün təhlükə yaratdığını bildirib və tibbi göstəriş olmadan qadınları buna yol verməməyə çağırıb.
 
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva ailə planlaşdırılmasının vacibliyini və cins seçiminə görə abort hallarının baş verməsinin fəsadlarını vurğulayıb. O, doğulacaq körpənin cinsi ayrıseçkiliyi cəmiyyətimizdə oğlan və qız uşaqlarının sayında disbalans yaradaraq demoqrofik vəziyətə öz mənfi təsirlərini göstərə biləcəyini və selektiv abortlara yol verilməsi ilə qadın sağlamlığının təhlükəyə atıldığını qeyd edib.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar təqdim olunub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır