Avropa Parodontologiya Federasiyasının beynəlxalq konfransı 2026-cı ildə Bakıda keçiriləcək
04.04.2023 16:13

Danimarkanın Helsinqor şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 37 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, parodontoloq Cavid Əhmədbəyli təmsil edib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Baş Assambleyanın gündəliyində əsas məsələlərindən biri Federasiyanın 2026-cı ildə keçiriləcək növbəti “Perio Master Clinic” konfransı olub. Bu konfransa ev sahibliyi etmək uğrunda mübarizə Bakı və Finlandiyanın Helsinki şəhərləri arasında aparılıb.

 

1000-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulan beynəlxalq konfransın 2026-cı ilin 6-7 mart tarixlərində Azərbaycanda Bakı Konqres Mərkəzində keçirilməsi Avropa Parodontologiya Federasiyasına üzv olan ölkələrinin gizli səsverməsi nəticəsində təsdiq olunub.

 

Təşkilat komitəsinə sədrlik Cavid Əhmədbəyliyə, elmi komitənin sədri vəzifəsi isə İspaniyanın Madrid Komplutense Universitetinin professoru Mariano Sanza həvalə olunub.

 

Qeyd edək, ki Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar arasında Avropa Parodontologiya Federasiyasının sıralarına tamhüquqlu üzv olaraq qoşulan ilk ölkədir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır