Xəstəlik vərəqəsi elektron sənəd şəklində təqdim olunacaq
04.04.2023 11:32

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) informasiya sistemi hazırlanıb. Bu təşəbbüsə əsasən, tibb müəssisəsi tərəfindən yazılan və müvafiq tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülleten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində, tibb işçiləri üçün isə “e-Səhiyyə” portalı və mobil tətbiqində əlçatan olacaq.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədilə həyata keçirilir.

 

Xəstəlik vərəqəsinin elektron sənəd şəklində formalaşdırılması müvafiq tibb müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və işəgötürənlər arasında məlumat mübadiləsi üçün avtomatlaşdırılmış məlumat mübadiləsi sistemindən istifadə etməklə həyata keçiriləcək. Proses iştirakçıları arasında qarşılıqlı informasiya mübadiləsi qaydaları bütün iştirakçılar üçün eyni olacaq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi sənəd formasında təsdiq ediləcək.

 

“Elektron xəstəlik vərəqəsi” sisteminə keçid sığorta dələduzluğu hallarının minimuma endirilməsi, analitik hesabatların və tibbi məlumatların etibarlılığının artırılması, bu növ müavinətlər üzrə ödənişlər üçün dövlətin maliyyə xərcləri ilə bağlı proqnozların keyfiyyətinin yüksəldilməsi, həmçinin xəstəlik vərəqəsinin statusu barədə məlumatların “online” formatda vətəndaşlar və işəgötürənlər üçün əlçatanlığını təmin edəcək.

 

Elektron xəstəlik vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət siyasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksiyalarını həyata keçirən Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır