Ürək qapaq xəstəlikləri müalicə edilə biləndir!
03.04.2023 21:41

4 ürək qapağı mədəciklərin girişində və çıxışında yerləşir, qanın doğru istiqamətdə axınını təmin edir. Normal vəziyyətlərdə qapaqlar bir istiqamətli rolunu oynayaraq, qanı doğru yönəldir və geri axının qarşısını almış olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev ürək qapaq xəstəliklərinin müalicəsi ilə bağlı məlumat verərəkən deyib.

 

Uzman həkim bildirib ki, ürək qapaq xəstəlikləri zamanı qapaqlar ya tam açılmır, ya da bağlanmır. Qapaq xəstəlikləri çatışmazlıq və daralma şəklində olur. Qapaqların çatışmazlığı qanın geri qayıtmasına səbəb olur, daralmaları isə çıxmasını çətinləşdirir.

 

"Ürək qapaq xəstəlikləri müalicə edilə biləndir!", - deyən Cabir Gülmalıyev qeyd edib ki, qapaq xəstəliyi ciddi problem yaratmırsa, o zaman cərrahi müdaxilə tələb olunmur. Ancaq ürəyin nasos qabiliyyəti təsirlənirsə, ürək qapağının təmiri və ya dəyişdirilməsi tələb oluna bilər.

 

Onun sözlərinə görə, müalicədə bərpa əsas tədbirdir və bu məqsədlə valvuloplastika, annuloplastika, kommisurotomiya, mexaniki və ya bioloji qapaqlarla əvəzetmə həyata keçirilə bilər. Müalicə üsulunun seçimində xəstəliyin gedişi və xarakteri nəzərə alınır. Kəskin və ağır dərəcəli qüsurlarda əməliyyat ilk seçimdir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır