Şəkidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib
04.04.2023 08:59

"Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin akt zalında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Məcid Əliyev Ulu Öndərin təhsil, mədəniyyət və səhiyyə sahələrində həyata keçirdiyi uğurlu layihələrdən, dahi liderin böyük xilaskarlıq missiyasından danışıb.

 

Məcid Əliyev bildirib ki, müstəqillik dövründə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar səhiyyə sahəsində inkişafın əsasını qoydu, maddi-texniki bazanın yaxşılaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər yeni perspektivlər müəyyənləşdirdi.

 

Sonra xəstəxananın müalicə işləri üzrə müavini - baş həkim Arzu İlyaslı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan tarixində ictimai-siyasi həyatın müxtəlif sahələrində rolundan bəhs edib. O, Ulu Öndərin səhiyyə və tibb sahələrinin inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət alıb, yeni elmi mərkəzlər açılıb, təbabət üzrə elmi–tədqiqat institutlarının fəaliyyəti canlandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır