TƏBİB-in dəstəyi ilə “Kardiologiyada təcili hallar” adlı konfrans təşkil olunub
03.04.2023 16:43
TƏBİB-in dəstəyi, Azərbaycan Kardiologiya Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kardiologiyada təcili hallar” mövzusunda konfrans keçirilib.
 
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxış edərək kardiologiya sahəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb. O, kəskin ürək xəstəlikləri səbəbindən ölüm faizinin yüksək olduğunu qeyd edərək, konfransın maarifləndirici rol oynadığını vurğulayıb.
 
Tədbirdə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 215 təcili tibbi yardım həkimi ilə birlikdə, ümumilikdə kardioloq, anestezioloq və reanimatoloq ixtisasları üzrə 450 həkimin kardiologiya sahəsində maraqlı məruzələri dinlənilib.
 
Konfrans zamanı 25 tibb bacısına EKQ-nin oxunması barədə məruzələr söylənilib, müxtəlif ürək xəstəlikləri zamanı “Best Practice” təlimləri keçirilib.
 
Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən həkimlərin elmi-praktiki biliklərinin artırılması, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və ölkəmizdəki səhiyyənin inkişafına töhfə vermək məqsədilə bu cür tədbirlərin davamlı keçirilməsi planlaşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır