Akademik Zərifə Əliyevanın 100 illiyi qeyd edilib
03.04.2023 14:41

Azərbaycan Tibb Universitetində (ATU) Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfransı keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Əczaçılıq fakültəsi üzrə TEC-in rəhbəri, dosent  Nərgiz Məmmədova Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə  Əliyevanın təbabətdə öz dəst-xətti olan alim olması ilə yanaşı, həm də əsl vətəndaş, xeyirxah insan olduğunu qeyd edib. Bu baxımdan TEC konfransının ikiqat böyük əhəmiyyət kəsb etdiyini bildirən N.Məmmədova qaliblərin seçim prosuduru haqqında da məlumat verib.

 

ATU-nun elmi işləri üzrə prorektoru, professor Rauf Bəylərov TEC konfranslarının tələbələrin gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, tədbirin görkəmli alim Zərifə Əliyevanın 100 illiyinə həsr edilməsinin təsadüfi olmadığını deyib: “Tanınmış oftalmoloq Zərifə xanım Əliyeva ölkəmizdə elmi kadrların formalaşması istiqamətində böyük işlər görüb, elmin özünə çox yeniliklər gətirib. Hər bir ölkənin inkişafı elmin inkişafından asılıdır. Sevindirici haldır ki, Tibb Universitetinin tələbələri arasında elmə olan maraq getdikcə artmaqdadır.  Bu tip tədbirlərimiz məhz həmin marağın gücləndirilməsi, gənclərin inkişafı baxımından olduqca faydalıdır”. 

 

Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilatı, tədris və metodik bölməsinin müdiri, t.ü.f.d. Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Zərifə xanım Azərbaycanda geniş yayılmış traxomanın müalicəsi, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifi olub. O cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin,  12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub. Z.Əliyevanın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini deyən Yazgül Abdıyeva Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib.

 

ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli isə çıxışında peşəkar oftalmoloq olan Zərifə Əliyevanın yaxşı həkim olması ilə yanaşı, həm də yaxşı insan kimi yaddaşlarda qaldığını qeyd edib: “Zərifə xanım həyatda iz qoyub getməyi bacaran insanlardandır. Dünya şöhrətli şəxsiyyətə ziyalı yoldaşı olmaq  onun aliliyini göstərir. Zərifə xanım valideynlərinə layiqli bir övlad, sədaqətli ömür-gün yoldaşı və qayğıkeş ana  idi. TEC konfransının bu cür şəxsiyyətin 100 illiyinə həsr edilməsi bizlər üçün böyük bayramdır. Məhz bu baxımdan fakültəmizdə həm dəyərli professor müəllim heyəti tərəfindən, həm də yüksək potensiala malik tələbələrimiz tərəfindən bu tədbirə böyük həvəslə hazırlıq gedirdi. Bu elm cəbhəsinin əsgərləri kimi konfrans iştirakçılarının hər birinə uğurlar arzu edirəm”.

 

Tədbirdə ATU-nun TEC rəhbəri, dosent Müşfiq Həsənov qeyd edib ki, tanınmış həkim və istedadlı insan Zərifə Əliyevanın apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, alimin fundamental əsərləri Azərbaycanda təkcə oftalmologiya deyil, ümumiyyətlə tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. 

 

Qeyd edək ki, Əczaçılıq üzrə TEC-in konfransına 71 tələbə 46 elmi işini təqdim edib. “AzerMed” QSC şirkətinin dəstəyi ilə baş tutan konfransın sonunda 15 elmi işin müəllifi mükafatlandırılıb. “Ən yaxşı poster”, “Ən yaxşı eksperimental iş”, “Ən yaxşı referativ iş” kimi nominasiyalar üzrə qalib olan tələbələrə diplom və xüsusi hədiyyə ilə yanaşı, 100 man pul mükafatı da təqdim edilib. Tədbir iştirakçılarından 6 nəfəri isə ATU-da keçiriləcək ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə çıxış etmək hüququ qazanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinə pulsuz bilet əldə edin!