Dünya Autizm haqqında Maarifləndirmə Günü ilə əlaqədar tədbir keçirilib - Abşeronda   
03.04.2023 08:32
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 2 aprel - Dünya Autizm haqqında Maarifləndirmə Günü ilə əlaqədar tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Novxanı Ailə Sağlamlıq Mərkəzinin həkimi Liana Əliyeva çıxış edərək autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixinin Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, bu günün təsis edilməsində əsas məqsədin cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaq olduğunu bildirib.
 
Liana Əliyeva qeyd edib ki, bu sindrom müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk üç ili ərzində ünsiyyət və sosial bacarığın olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks inkişaf pozuntusudur. Onun sözlərinə görə, autizmin ağır və yüngül dərəcələri var. Autizmin əsas xüsusiyyətləri nitqi qavramamaq, özünəqapanma, mümkün dəyişikliyə kəskin reaksiya vermək, eyniliyi davam etdirməyi tələb etmək, zaman və məkan anlayışlarının olmaması, insanlarla sosial münasibətlərin zəif olmasıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır