Bestseller tibbi kitablar: "Necə ölməməli?" - Elmi dəlillərə əsaslanan məsləhətlər
03.04.2023 14:09

"Necə ölməməli?" kitabı Gene Ston və Maykl Qreger tərəfindən yazılıb. Kitab xəstəliklərin səbəb olduğu ölüm riskinin qarşısını təkcə pəhrizin köməyi ilə almağın və ya bu riski azaltmağın elmi-innovativ dəlillərini təqdim edir.


Aztibb.az tibb və sağlamlığa dair dəyərli kitabları oxucularına tövsiyə edir.

Məsələ burasındadır ki, həkimlərin çoxu xəstəliklərin kəskin formalarını yaxşı müalicə edir, xroniki xəstəliklər barədə xəbərdarlıq etməyi isə o qədər də yaxşı bacarmırlar.

Erkən ölümlərin ürək-damar xəstəlikləri, xərçəng, diabet, Parkinson xəstəliyi, yüksək qan təzyiqi və digərləri kimi 15 əsas səbəbi hər il 1,6 milyon amerikalının həyatını itirməsinə gətirib çıxarır. Doktor Qregerin ciddi elmi dəlillərə əsaslanan məsləhətlərinə əməl etməklə siz bu xəstəliklərin qarşısını almağa və ya onları müalicə etməyə, habelə daha çox yaşamağa kömək edən hansı qidaları yemək və həyat tərzini necə dəyişmək lazım olduğunu öyrənəcəksiniz. 
 
Sizin ailənizdə prostat xərçəngi xəstəsi varmı? Bir stəkan südə kətan toxumları əlavə edin, vəssalam… Sizdə yüksək qan təzyiqi var? Hibiskus (məkkəgülü) dəmləməsi təzyiqi salan istənilən dərmandan dəfələrlə faydalıdır… Qaraciyər problemindən əziyyət çəkirsiniz? Qəhvə kömək edər… Süd vəzisi xərçəngi ilə mübarizə aparırsınız? Soya bitkisi ömrünüzü uzadar… Sizi ürəyinizdəki problemlər narahat edir? Bitki mənşəli qidalara keçin…

Ölümə gətirib çıxaran 15 səbəbin qarşısını almaq üçün nələri yemək lazımdır? Doktor Qregerin bu suala cavab verən gündəlik qidalanma rasionu da kitaba daxil edilib. Bu qaydalara əməl etməklə uzun və sağlam yaşamaq olar.

Kitab “TEAS Press” nəşriyyatı tərəfindən Azərbaycan dilində də çap edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev