ATU-da 1069 Türkiyə vətəndaşı təhsil alır
01.04.2023 12:52

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı ilə görüş keçirilib.

 

Aztibb.az-a ATU-da verilən məlumata görə, universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə səfir ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb, bu əlaqələrin bir çox sahələri, o cümlədən təhsil sahəsini də əhatə etdiyini vurğulayıb. O, Azərbaycan Tibb Universiteti kimi nüfuzlu, beynəlxalq səviyyəli təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirərək, ATU ilə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduqlarını ifadə edib. Cahid Bağcı, həmçinin ATU-da təhsil alan Türkiyə vətəndaşlarının burada əcnəbi tələbələr üçün yaradılan şəraitdən razılıqlarını da rektora çatdırıb.

 

Professor Gəray Gəraybəyli Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki əlaqələrin inkişafında səfirliyin oynadığı rolu xüsusi vurğulayıb. O, ATU-da təhsil səviyyəsinin daha da yüksəldilməsinə xidmət edən islahatlar, universitetin 3 ixtisas üzrə beynəlxalq akkreditasiyadan keçməsi və digər nailiyyətlərimiz barədə məlumat verib. Rektor hazırda universitetdə təhsil alan 2843 əcnəbi tələbənin 1069 nəfərinin Türkiyədən olduğunu qeyd edib. G.Gəraybəyli xarici tələbələrin qəbul prosesinin şəffaf şəkildə, elektron qaydada aparıldığını bildirərək, ATU-nun Türkiyə universitetləri ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

 

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təhsil müşaviri Nurullah Yazıçı, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak ediblər.

Söhbət zamanı Türkiyə universitetləri ilə ikili diplom mövzusunda, eləcə də təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb, birgə layihələrə toxunulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır