Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri təşkil olunub
01.04.2023 08:46
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə direktor Vidadi Rəhimov, müavinlər Nərgiz Rəhimova, Vüqar Əlizadə, şöbə müdirləri, ixtisas həkimləri, baş tibb bacıları iştirak ediblər.
 
Tədbirdə İsmayıllı RMX-nın direktoru Vidadi Rəhimov ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının dəhşətlərindən danışıb. Bildirib ki, Bakı Soveti və daşnak erməni silahlıları Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər şəhər və bölgələrdə xalqımıza qarşı amansızcasına soyqırımı həyata keçiriblər. Ermənilər 50 mindən çox insanı qətlə yetiriblər.
 
Daha sonra direktorun İnzibati məsələlər üzrə müavini Vüqar Əlizadə azərbaycanlıların kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsi, mədəniyyət və tarixi abidələrin məhv edilməsindən bəhs edib.
 
Tədbirdən sonra İsmayıllı şəhərində yerləşən Soyqırımı Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır