ETMGİ-də Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
31.03.2023 17:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) 31 mart 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə müəssisənin direktoru, professor Cəmilə Qurbanova bildirib ki, 1918-ci ilin martında ermənilər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər. Bu acı həqiqət təkcə soydaşlarımızın qətliamı ilə deyil, həm də tarixi ərazilərimizin müəyyən hissəsinin işğalı ilə nəticələnib.
 
Direktor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi Fərmanından sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb.
 
Daha sonra İnstitutun YAP təşkilatının sədri, həkim mama-ginekoloq Ədalət Əliyev 31 Mart Soyqırımı Gününün həqiqətləri haqqında geniş məruzə ilə çıxış edib.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır