Xaricdə təhsil alan həkimlərin ölkə səhiyyəsinə qazandırılması TƏBİB-in fəaliyyətinin əsas istiqamətlərindən biridir
31.03.2023 16:32
“Facharzt” qrupun təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Almaniyada təhsil alan və çalışan bir qrup azərbaycanlı həkimin yerli mütəxəssislərlə görüşü baş tutub.
Aztibb.az-a bu barədə "Yeni Klinika"dan məlumat verilib.
Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, "Yeni Klinika"nın direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayev, TƏBİB-in Proseslərin optimallaşdırılması və inkişaf şöbəsinin müdiri Ziya Məmmədzadə, Tibb müəssisələrinin kadr idarəetməsi şöbəsinin müdiri Emin Xasıyev, aparatın məsul şəxsləri, Almaniyada çalışan azərbaycanlı həkimlər və "Yeni Klinika"nın aidiyyəti şöbələrinin rəhbərləri iştirak ediblər.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxış edərək icbari tibbi sığortanın tətbiq edilməsi ilə ölkəmizdə səhiyyənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yerli mütəxəssislərin daima inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Gələcəkdə bu istiqamətdə həyata keçirilən təcrübə mübadiləsinin daha da artırılacağı, xarici ölkələrdə, xüsusilə Almaniyada çalışan azərbaycanlı həkimlərlə koordinasiyalı işin qurulmasının inkişaf etdiriləcəyi vurğulanıb.
A.Nəsirov Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"nın müasir standartlara cavab verən avadanlıqlarla təmin edildiyini, burada Türkiyə və digər ölkələrdə təhsil almış həkimlərin çalışdığını qeyd edib. Direktor müavini xaricdə təhsil alan və çalışan həkimlərin ölkə səhiyyəsinə qazandırılmasının TƏBİB-in fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib.
Daha sonra Almaniyada yaşayan həkimlərin adından çıxış edən Cavid Hüseynzadə xaricdə yaşayan azərbaycanlı həkimlərin ölkə səhiyyəsində baş verən yenilikləri hər zaman yaxından izlədiklərini bildirib. O, hazırda tibb müəssisələrində ixtisaslaşmış kadrların çalışdığını və bunun səhiyyəmizə qısa zamanda böyük uğurlar qatacağına əminliyini ifadə edib.
Görüşdə yerli mütəxəssislərlə fikir mübadiləsi də baş tutub.
Sonda qonaqlar "Yeni Klinika"nın fəaliyyəti və göstərdiyi tibbi xidmətlərlə yaxından tanış olublar. Tibb müəssisəsinin kardiologiya, pediatriya, radiologiya, terapiya, təcili tibbi yardım, reanimasiya, urologiya, ginekologiya və digər şöbələrinə baxış keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

