Azərbaycanda vərəmlə mübarizədə son 10 ildə böyük uğurlar əldə olunub
31.03.2023 13:13

Bakıda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.

 

Aztibb.az-a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ölkə Əlaqələndirmə Komissiyasının (CCM), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı ilə baş tutub.

 

Əvvəlcə “Stop TB Partnership” təşkilatının icraçı direktoru xanım Luçika Ditiunun konfrans iştirakçılarına ünvanladığı video-müraciət dinlənilib.

 

Müraciətdə qeyd olunub ki, vərəm xəstəliyi hazırda dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir: “Hələ də hər gün 4000-4500 nəfər insan vərəmdən dünyasını dəyişir, onlardan 700-ü uşaqlardır. Vərəm hava yolu ilə ötürülən xəstəlikdir. Biz bütün səylərimizi birləşdirərək 2030-cu ilədək vərəmi tamamilə ləğv edə bilməsək də, ona son qoya bilərik, yoluxmanı dayandıra bilərik. Əminəm ki, Azərbaycan 2030-cu ilədək öz insan və maliyyə resurslarını səfərbər edərək vərəmə son qoymağı bacaracaq”.

 

Konfransda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb. Səhiyyə sahəsində ölkəmizin uğurlarını qeyd edən N.Zeynalov vurğulayıb ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb. Nazir müavini, həmçinin ölkəmizin vərəmlə mübarizə sahəsində də vacib addımlar atıldığını və beynəlxalq platformalarda bir çox ölkələrə nümunə olduğunu qeyd edib.

 

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, ölkəmizdə həm dövlət, həm qeyri-dövlət təşkilatlarının birgə səyi nəticəsində vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub və Azərbaycan beynəlxalq əməkdaşlıq platformalarından uğurla istifadə etməkdədir.

 

Tədbirdə, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisi Rəfail Mehdiyev, millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Rəşad Mahmudov və Sədaqət Vəliyeva, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova və digərləri çıxış ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır