TƏLİM: “Laborator müayinələrin keyfiyyətinin təmin olunmasında tibb bacısının rolu. Preanalitik mərhələnin qaydaları”
31.03.2023 11:53
Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Fəaliyyət Planına uyğun olaraq növbəti təlim keçirilib.
 
Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından bildirilib ki, təlim zamanı Hospitalın Laboratoriya şöbəsinin mütəxəssisi Ceyranxanım Hacıyeva “Laborator müayinələrin keyfiyyətinin təmin olunmasında tibb bacısının rolu. Preanalitik mərhələnin qaydaları” mövzusunda təqdimatla çıxış edib. O, təlim zamanı laborator müayinələrin nəticələrinin tələbləri, müayinə səhvləri, nümunələrin identifikasiyası, qanalma təlimat və qaydaları, hemoliz, lipemiya və ikteriya barədə ətraflı məlumat verib.
 
Hospitalın Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun fəaliyyət göstərdiyini vurğulayan Ceyranxanım Hacıyeva müəssisədə preanalitik mərhələnin təşkili qaydalarını da diqqətə çatdırıb. 
 
Sonda o, tələbələri maraqlandıran sualları cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır