Sumqayıt Uşaq Xəstəxanasında mülki müdafiə məşqi keçirilib
31.03.2023 09:21
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan tibb müəssisələrində Tədbirlər Planına uyğun olaraq "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda rəhbər heyətin mülki müdafiə məşqləri keçirilir.
Aztibb.az-a STM-dən verilən xəbərə görə, növbəti məşq Uşaq Xəstəxanasında keçirilib. Xəstəxananın baş həkimi Məzahir Müzəffərov və kollektivin iştirak etdiyi mülki müdafiə məşqində STM-in Mülki müdafiə bölməsinin mütəxəssisi Cəmilə Hüseynova çıxış edərək bildirib ki, məşqin keçirilməsində məqsəd rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlər aşılamaqdır.
M.Müzəffərov isə bu kimi məşqlərin tibb heyətinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının, eləcə də praktiki vərdişlərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Baş həkim şərti siqnalı verərək, məşqin başlanmasını elan edib. Mülki müdafiə məşqi 4 siqnal üzrə həyata keçirilib.
İlk siqnalda zəlzələ nəticəsində xəstəxananın poliklinika şöbəsinin binasında dağıntılar və tələfatın olduğu bildirilib.
İkinci siqnalda baş vermiş zəlzələnin təsirindən Sumqayıt şəhər Etilen-polietilen zavodunda 5 tonluq xlor çəninin dağılaraq ətrafa yayıldığı və nəticədə kimyəvi zəhərlənmələr qeydə alındığı qeyd olunub.
Üçüncü siqnal əsasında həyata keçirilən mülki müdafiə məşqində bildirilib ki, əsasən baş vermiş zəlzələnin təsirindən Sumqayıt şəhər 9-cu mk/da içməli su xətləri dağılıb, çirkab su bir çox yerlərdə içməli suya qarışıb. Nəticədə şəhərdə infeksion xəstəliklərin baş verməsi epidemik xəstəliklərin yaranması və yayılması təhlükəsi yaranıb.
Sonuncu siqnalda xəstəxananın qazanxana yerləşən binasında qaz sızması nəticəsində partlayış olduğu vurğulanıb. Yaranan yanğın nəticəsində xəsarət alanların olduğu qeyd olunub.
Çıxış edən Mülki müdafiə qərargahının üzvləri hər 4 halda təhlükələrin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş bəhs ediblər.
Sonda məşqin təhlili aparılıb, gələcəkdə atılacaq addımlar diqqətə çatdırılıb.
Qeyd edək ki, mülki müdafiə məşqində STM-in Mülki müdafiə bölməsinin müdiri Zümrüd Süleymanova və bölmənin mütəxəssisi Hicran Sərkərova da iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

