İSİM və Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
30.03.2023 18:00
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Aztibb.az İSİM-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, memorandumun əsas məqsədi iki ölkənin ictimai səhiyyə qurumları arasında əməkdaşlığı genişləndirmək, infeksiyaya nəzarət, səhiyyə idarəetməsi, sağlamlıq sahəsində birgə fəaliyyətləri təşkil və araşdırmaların aparılmasını təşviq etməkdir.
Qeyd edək ki, Azərbaycanda 2021-ci ildən etibarən səhiyyə işçiləri arasında vaksinlərin effektivliyinin tədqiqi layihəsi uğurla icra edilir. Bu tədqiqat layihəsi İSİM tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə həyata keçirilir. Tədqiqatın əsas məqsədi SARSCoV2 və qrip viruslarına qarşı vaksinlərin effektivliyinin öyrənilməsi, infeksiyaya nəzarət tədbirlərinin və ümumi vaksinasiya prosesinin səmərəliliyinin araşdırılması və ictimai səhiyyə istiqamətində müvafiq tövsiyələrin hazırlanmasıdır. Yeddi tibb müəssisəsindən 1500-dən çox səhiyyə işçisinin iştirak etdiyi bu tədqiqat çərçivəsində, həmçinin, aşkarlanan virusların genetik analizi də aparılır. Tədqiqatda SARSCoV2 və qrip viruslarının genetik ardıcıllığı xüsusi metodlarla təyin edilir. Bu il ərzində aşkarlanmış virusların genetik ardıcıllığı testləri Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutunun genetik laboratoriyası tərəfindən həyata keçiriləcəkdir.
Bu bölməyə aid digər xəbərlər
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

