Sumqayıt Tibb Mərkəzi ümumtəhsil məktəblərində maarifləndirici tədbirləri davam etdirir
30.03.2023 13:46
Sumqayıt Tibb Mərkəzi (STM) orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirləri davam etdirir.
 
STM-dən Aztibb.az-a bildirilib ki, növbəti belə tədbir Mərkəzin 3 nömrəli Ailə Sağlamlıq Mərkəzi (ASM) tərəfindən Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə təşkil olunub.
 
Tədbirdə məktəbin ibtidai sinif şagirlərinə müxtəlif situasiyalar zamanı ilkin tibbi yardımın göstərilməsi, praktiki vərdişlərin həyata keçirilməsi, ilkin yardımın təməl prinsipləri barəsində məlumat verilib və şagirdlər arasında buna dair səhnəcik qurulub.
 
Tədbir zamanı ilkin tibbi yardım çantasının bütün siniflərdə olmasının vacibliyi diqqətə çatdırılıb.
 
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib