Azərbaycan və İsveçrə arasında səhiyyə və tibb sahəsində əməkdaşlıq genişləndirilir
30.03.2023 12:36

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkəti olan “Roche Diaqnostics” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Görüşdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycanla İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir: “Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”.

 

Teymur Musayev ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, yüksəkixtisaslı həkimləri və ən müasir tibb müəssisələrini özündə birləşdirən İsveçrə səhiyyə sistemi dünyada nümunəvi model kimi tanınır. Həmçinin İsveçrə əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.


Öz növbəsində "Roche Diagnostics” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qafqaz bölgəsi üzrə baş meneceri Cordi Fernandez və şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə rəhbəri Hasan Demirci Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, “Roche Diagnostics” şirkəti xərçəng, ağır virus infeksiyaları, otoimmün iltihabi xəstəliklər, mərkəzi sinir sisteminin fəaliyyətinin pozğunluqları və maddələr mübadiləsinin müalicəsinə yönəlmiş biotexnoloji məhsulların aparıcı istehsalçısıdır.

 

İsveçrə şirkətinin nümayəndələri, həmçinin bu sahədə öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməyə hazır olduqlarını bildiriblər.


Görüşün sonunda tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır