ATU-nun İctimai səhiyyə fakültəsi Tələbə Elmi Cəmiyyətinin 46-cı konfransı keçirilib
30.03.2023 12:10

ATU-nun İctimai səhiyyə fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) “Düşüncədən elmi uğura doğru” başlığı altında 46-cı konfransı keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, tədbir "İctimai sağlamlıq", "Biokimya, epidemiologiya və yoluxucu xəstəliklər" və "Mikrobiologiya və ağciyər xəstəlikləri" bölmələri üzrə təşkil olunub.

 

Konfransda çıxış edən İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva bildirib ki, TEC-in bu ilki konfransı Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın yüz illiklərinə təsadüf edir.    

 

Universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov tələbələrə təcrübi biliklərin aşılanmasında, onların elmi-tədqiqat işinə maraqlarının artırılmasında və gələcəyin mütəxəssisi kimi yetişdirilməsində TEC-in əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ildən-ilə bu cəmiyyətlərdə iştirak etmək istəyənlərin sayı artır: “Ötən il konfransda məruzələrin sayı 45 idisə, bu il artıq 80-ə yaxın məruzəçi iştirak edir. Bildiyiniz kimi, universitetimizdə 3 mindən çox xarici tələbə təhsil alır. Onların 27 nəfəri TEC-in üzvü olmaq üçün bizə müraciət edib. Bu müraciətlər nəzərə alınıb və İraq Respublikasından olan tələbəmiz elmi işlə məşğul olmaq istəyən əcnəbilərə rəhbər təyin olunub”. 

 

Sonra ATU TEC-in sədri, dosent Müşfiq Həsənov çıxış edərək rəhbərlik etdiyi qurumun universitetin ictimai təşkilatı kimi fəaliyyət göstərdiyini xatırladıb. O, təşkilatda aparılan islahat və yeniliklərdən söhbət açıb. Təşkilatın sıralarının ildən-ilə genişləndiyini deyən M.Həsənov bu il konfransa təqdim edilən işlərin öz aktuallığı ilə seçildiyini bildirib. TEC sədri məruzələrin əksəriyyətinin müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqləndiyini, təqdim olunan mövzuların təbabətdə həllini gözləyən problemlərə həsr olunduğunu vurğulayıb.

 

Daha sonra TEC-nin elmi rəhbəri, dosent Fərəh Baxışlı konfransda dinləniləcək məruzələr, konfransın gündəliyi, reqlamenti barədə məlumat verib. 

 

Fakültə üzrə TEC sədri Fəridə Məmmədovanın təqdimatı ilə panel iclaslara başlanılıb və söz tədqiqatçı tələbələrə verilib.

 

İki gün davam edən konfransda proqrama əsasən İctimai sağlamlıq üzrə 22, Biokimya, epidemiologiya və yoluxucu xəstəliklər üzrə 22, Mikrobiologiya və ağciyər xəstəlikləri üzrə isə 31 məruzə dinlənilib.

 

Tədbirdə TEC-in fəaliyyətini daha da yaxşılaşdırmaq üçün təkliflər irəli sürülüb, maraqlı müzakirələr aparılıb və sual-cavablarla konfrans öz işini başa çatdırıb.

 

Sonda tədqiqat işini yerinə yetirən tələbələrə sertifikatlar, ən fəal iştirak edən müəllimlərə isə diplomlar təqdim olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır