Pandemiya dövründə Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında EKMO cihazından uğurla istifadə olunub
30.03.2023 09:12
Mərkəzi Gömrük Hospitalında Almaniyanın Moskvadakı səfirliyinin Şərqi Avropa, Orta Asiya, İsrail və Fələstin reqionları üzrə Daxili Xəstəliklər və Peşə Təbabəti üzrə Tibb zabiti Dagmar Meike Baniş ilə görüş keçirilib.
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri – Şahlar Mirqasım, İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev iştirak ediblər.
Tədbirdə Şahlar Mirqasım və İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin fəaliyyəti, Elmi-Təcrübi Tədris Mərkəzinin həyata keçirdiyi maarifləndirici elmi tədbirlər, eyni zamanda Mərkəzi Gömrük Hospitalında icra olunmuş unikal əməliyyatlar, açıq ürək əməliyyatları, TAVİ əməliyyatı, qaraciyər və böyrək transplantasiyası əməliyyatları barədə məlumat veriblər.
Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilib, pandemiya dövründə ən ağır COVID-19 xəstələrinin müalicəsində ilk dəfə Azərbaycanda məhz Mərkəzi Gömrük Hospitalında ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazından uğurla istifadə olunub.
Daha sonra Dagmar Banişı Mərkəzi Gömrük Hospitalının bütün şöbələri ilə tanış olub. Qonaq Hospitalın fəaliyyətindən məmnun olduğunu bildirərək, qarşılıqlı əməkdaşlıq planları barədə danışıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

