Aterosklerozlu xəstələrin ümumi qidalanma qaydaları
01.04.2023 10:28
Tibbdə ateroskleroz kimi tanınan damar sərtliyi xüsusilə 45 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir. Müalicə edilməzsə, geri dönməz nəticələrə səbəb ola bilər.
 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Həkimin sözlərinə görə, infarkt və insult başda olmaqla, ən çox ölümə səbəb olan bir çox xəstəliklərin altında yatan əsas səbəb məhz - Aterosklerozdur.

 

Cabir Gülmalıyev bildirib ki, birbaşa qidalanma ilə əlaqəli olan bu narahatlıq, yanlış qidalanma vərdişləri davam etdiyi müddətcə pis nəticələrə səbəb olar.

 
Uzman həkim Aterosklerozlu xəstələrin ümumi qidalanma qaydalarını da sadalayıb:
 
Meyvə və tərəvəzlərlə zəngin pəhrizə əməl edilməlidir;
Doymuş yağlar yerinə zeytun yağı kimi bitki yağları istehlak edilməlidir;
Pəhrizində yağdan alınan enerji miqdarı 30%-dən çox olmamalıdır;
İçalat yeməklərdən qaçınmaq lazımdır;
Ətin yağsız hissələrinə üstünlük verilməlidir;
Ətlər yağlı qidalar olduğundan əlavə yağ istifadə edilməməlidir;
Toyuq dərisi istehlak edilməməlidir;
Qızardılmış yeməklər yerinə bişmiş (qaynadılmış) qidalara üstünlük verilməlidir;
Gündəlik duz istehlakı 6 qramla məhdudlaşdırılmalıdır;
Antioksidantlarla zəngin pəhrizə əməl edilməlidir;
Siqaret dayandırılmalıdır;
Gündəlik ən azı 30 dəqiqəlik gəzinti və ya orta ağırlıqlı fiziki fəaliyyətlə məşğul olmaq lazımdır (müntəzəm fəaliyyət pis xolesterini azaldır).
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır