“Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası” mövzusunda təlim keçirilib
30.03.2023 08:22
Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) “Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası” mövzusunda təlim keçirilib.
 
Aztibb.az Mərkəzin feysbuk səhifəsinə istinadla xəbər verir ki, təlimdə BBSM-in tabeliyində fəaliyyət göstərən uşaq poliklinikalarının, o cümlədən digər aidiyyəti tibb müəssisələrinin uşaq şöbələrinin rəhbərləri və məsul şəxsləri – immunoloqları iştirak ediblər.
 
Mərkəzin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılova və Pediatrik xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Rəhilə Əsgərova tərəfindən keçirilən təlimdə tibb müəssisələrində peyvənd otağında işin təşkili, tibbi qeydiyyat sənədlərinin tətbiqi, peyvənd planının tərtib olunma qaydaları və onun icrasına nəzarət, mütləq və müvəqqəti tibbi əks göstərişlər, məlumatların elektron sistemə düzgün daxil edilməsi və s. məsələlər haqqında ətraflı məlumat verilib. 
 
İ.İsmayılovanın sözlərinə görə, tabeli tibb müəssisələrində peyvənd işinin təşkili “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanundan irəli gələn AR Səhiyyə Nazirliyinin müvafiq təlimatlarına əsaslanır:
 
“Uşaqların sağlamlığının qorunması, gələcəkdə onların hər hansı ağır fəsadlar verə biləcək, yoluxucu infeksiyalardan qorunması məqsədilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin tibb müəssisələrində uşaqların peyvəndlənməsi prosesi Milli Peyvənd Təqviminə əsasən sistemli şəkildə həyata keçirilir. Məhz bunun nəticəsində bir sıra yoluxucu xəstəliklərin səviyyəsinin aşağı düşməsinə nail olunub”.
 
Təlim zamanı uşaq əhalisinə xidmət göstərən tibb müəssisələrinin əməkdaşları tərəfindən valideynlər arasında aparılan sanitar-maarifləndirmə işinə də toxunulub.
 
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır