Oğuzda aksiya: "Hərəyə bir ağac ǝkǝk"
29.03.2023 16:44

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasında "Hərəyə bir ağac ǝkǝk" adlı ağacəkmə aksiyası keçirilib.


Bu barədə Aztibb.az-a Oğuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Aksiya çərçivəsində Oğuz RMX-nın həyətyanı sahəsində yerli iqlimə uyğun 50 ədəd meyvə ağacı əkilib.

 

Tədbirdə Oğuz RMX-nın direktoru Anar Əzizov, inzibati işlər üzrə müavin İradə Məmmədova, müalicə işləri üzrə müavin - baş həkim Şəlalə Tahirova, SİHİ-nın sədri Qorxmaz Hümmətli, konsultativ poliklinikanın şöbə müdri Xəqani Hüseyni və bir sıra həkim və tibb işçiləri iştirak ediblər.

 

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır