Akademik Cəlal Əliyevin məzarı ziyarət edilib
29.03.2023 16:26

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları Elm günü münasibətilə Fəxri xiyabanda görkəmli alim, institutun yaradıcısı, akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər.

 

Aztibb.az-a MBBİ-dən verilən xəbərə görə, əməkdaşlar akademik Cəlal Əliyev məzarı önünə gül-çiçək dəstələri qoyublar.

 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova qeyd edib ki, bu gün Cəlal müəllimin ziyarətinə onun tələbələri ilə yanaşı, həm də gənc alim və magistrantların da gəlməsi Cəlal Əliyev məktəbinin uğurlarının bariz nümunəsidir.

 

Akademik İradə Hüseynova görkəmli alimin Azərbaycanda biologiya elminin ən müasir istiqamətlərinin təşəkkülü və inkişafında, elmi nailiyyətlərin əldə edilməsində, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranmasında misilsiz xidmətlərindən söhbət açıb. O, akademik Cəlal Əliyevin elmi irsinin tələbələri tərəfindən davam etdirilməsinin zəruri olduğunu bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır